Reklam verin!
Fevral 19, 2008 11:28 tarixində, BirBlogYazarı tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:204
Demək olar ki Azeriblog.com fəaliyyətə başlayandan bu yana Birincidir.azeriblog.com fəaliyyət göstərir. Yaxşı pis günlərimiz oldu bərabər. Az ziyarətçi kütləsinə sahib olmağımıza baxmayaraq lazımlı, layiqli, informasyalara gərək duyan ziyarətçilər gəldi bu bloga. Artıq gələcək yazılarıma Blogran.com ünvanında davam edəcəm. Gözəl bir blog olacağına ümid edirəm. Siz ziyarətçiləri də yeni blogumda görməyə çox şad olaram.
Fevral 17, 2008 23:56 tarixində, BirBlogYazarı tərəfindən, Havadan Sudan bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:214

Ama oxumagi Armağan Çağlayanın heç xosuna gəlmədi. Heç bir dəfə olsun üzünü çevirib Röyanın üzünə baxmadı.

Orhan Gencebayın 1995-ci ilden bəri Tarqovuda pasdanmış portretini axırki özünə hədiyyə olaraq bağışladı Röya
PS: Şəkil Goolge dən götürülüb.

Fevral 17, 2008 14:11 tarixində, BirBlogYazarı tərəfindən, Karukaturalar bölməsində yazılib       Şərhlər(1)      Baxış sayı:209
2007-ci ildə istifadəyə verilən Hakia.com özəlliklərinə görə çox gözəl axtarış motorudur. Bu axtarış motorunun digərlərindən fərqi odur ki, burada sözü yazmırsan. Məsələn Ulu Öndərimiz Heydər Əliyevin həyatı haqqında öyrənmək istəyirsən. Axtarış yerinə yazırsanki Who is Haydar Aliyev? nəticələrdə Heydər Aliyev haqqında ətrafli məlumatlar toplusu çıxacaq. İstədiyiniz bütün məlumatları əldə edə bilərsiniz. Sayt hələki Beta versiyasındadır. Gələcəkdə yəqinki inkişaf edər.
Fevral 17, 2008 13:42 tarixində, BirBlogYazarı tərəfindən, Karukaturalar bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:183


Fevral 14, 2008 17:55 tarixində, BirBlogYazarı tərəfindən, Havadan Sudan bölməsində yazılib       Şərhlər(2)      Baxış sayı:311

Aznet-də belə bir sayt var, www.firststeps.az İndi nə dərəcədə bilikli savadlı insanlar tərəfindən idarə edilir bilmirəm, tanışlığım yoxdu. Amma indi yazacaqlarımı gözlərinizlə görün ondan sonra özünüz qiymət verin bu inkişafda olan sayta. Deməli saytda bir bölmə var Online Serifikatlaşdırma bölməsi. O bölməyə daxil olandan sonra sənə 20 dənə sual verir. Deyim necə sual? O sulları hardasa internetdən bir həftə kurs almış uşağa versən hamısını dəqiq cavablandıracaq. Heçnə suallara düzgün cavab versən sənə Sertifikat verəcək.. Özüdə 10 manata.  Sualları cavablandır 10 manatını ver sertifikatını al. Sən artıq mütəxəssissən. Sən öl halaldı. Onda deyəsən hamı mütəxəssis olacaq.

Saytın müqaviləsinin şərtlərinə baxın. Mərkəzə gələrkən öz İD nömrənizi (qeydiyyatdan keçərkən hər bir istifadəçiyə verilir bu) Əgər İD nömrəniz yadınızdan çıxıbsa sistemə daxil olduqda ilk səhifədə yazılacaq bu, şəxsiyyətinizi təsdiq edən sənəd (passport, kimlik, sürücülük vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və 10 AZN pul özünüzlə gətirin.

Yəni sənin savadın heç kimə lazım deyil, 10 manatını gətir sənə savad sertifikatı verək. Nə deyək uğurlar sizə.


Fevral 14, 2008 10:59 tarixində, BirBlogYazarı tərəfindən, Havadan Sudan bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:180
Yeganə bayramdı ki, Azərbaycanda ildə iki dəfə keçirilir. 30 iyun (Milli Sevgililər günü) 14 fevral (Valentin günü) Bunun nə mənası olduğunu mən hələ başa düşməmişəm. Bu Valentini isə heç tanımıram. Tanımaqda istəmirəm. Kişidi yoxsa qadındı heç onu da bilmirəm, savadsızlığımdan deyil e, sadəcə olaraq ona ayırdığım vaxta heyifim gəlirki mən həyatımın neçə dəqiqəsinisə ayırıb onun həyatını öyrənməyə çalışacam. Onun yerinə çox şey öyrənə bilərəm. Məsələn Azərbaycanı bu günə niyə qoyublarki, bu millət çaşıb bir bayramı ildə iki dəfə keçirir. Amma onu da qeyd edimki Milli Sevgililər Günün-də (30 iyun) Heç kim bu başlığı blogundakı yazıya qoymuyacaq. Sizi əmin edə bilərəm. İndi isə bayramınızı qeyd edin. Heç olmasa elə möhkəm sevinki sonra peşman olmuyasınız ki, mən axı sevgilimə ildə iki dəfə bayram keçirirdim, niyə məni aldatdı? Sevmək ildə iki dəfə bayram keçirib ona hədiyyə almaq deyil e bir ömür boyu yanında olmaqdır. Bura da da belə bir sual qoyuram.Ay bu Bayramı keçirən sevgililər Valentine kim olub? Heç olmasa tanıyırsınız? Niyə onun bayramını keçirirlər Leyli Məcnunun, Əsli Kərəmin, Bayramını keçirmirlər? Deyə bilərsiniz?Onda şərhlərdə deyin.


Fevral 13, 2008 15:41 tarixində, BirBlogYazarı tərəfindən, Havadan Sudan bölməsində yazılib       Şərhlər(3)      Baxış sayı:232

Deyirəmdə Azərbaycanda biri bir söz deməli deyil ya onu reklamlarda əks etdirəcəklər, ya da Hamının dilinə düşəcək. İndi bu Azad Azərbaycan telekanalı səhv edib bir söz deyib; ƏN BAXIMLI KANAL Baku.ws o dəyqə indi guya öz aləmində sözü dəyişib edib ƏN BAXIMLI SAYT. Heç bilmirəm nə vaxt dəyişib blogun dizaynını bu gun görmüşəm. Onu da xatırladımki ay BAKU.ws o düzəltdiyin sayt deyil ee blogdur blog. Get BİRİNCİ  saytla BLOG-u ayırmağı bacar sonra ƏN BAXIMLI SAYT aç yaxşı? Xətrinə dəyməsin haa...  Olanı deyirəm


Fevral 13, 2008 15:29 tarixində, BirBlogYazarı tərəfindən, Havadan Sudan bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:187

İLK10.az

Aznet-də sayt yaradan insan ilk növbədə heç sayta material yerləşdirmədən saytını ilk10.az toplistinə qeydiyyat edir. Bu ilk10.az saytı da maşallah olsun 1 il olarki hələ tam fəaliyyət göstərmir. (ilk10 sistemi yenilənməkdədir, sistemin bir sıra xidmətləri fəal deyil.
Narahatçılığa görə üzr istəyirik!) 1 ildirki yenilənir, gah domain dəyişir com-dan az-a keçir, Elə buradan görünür ki bu toplistin dünyaya çıxış məqsədi yoxdur. Elə ona görə də com-u az ilə əvəz etdi. Nəysə ilk10.az yenilənməyində olsun. Bir söz idi də dedim.


Fevral 13, 2008 10:45 tarixində, BirBlogYazarı tərəfindən, Havadan Sudan bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:190
Fox.az blogunun yazarı məşhur türk müğənnisi Kenan Doğulunun adını Kemal Döğülü yazıb. Neçə gündür gözləyirəmki kimsə onun səhvini tutsun, o da öz səhvini düzəltsin. Ama xeyri yoxdu. İndi bəlkə düzəldər. Həmin səhvə buradan baxa bilərsiniz. Fox.az-dan bir səhv daha Ronaldinyodan gozəl hərəkət yazmaqdan Ronaldinhodan topla çox göxel hereketler yazılıb, Burada nə yazıldığı isə heç başa düşülmür.  Baxe sen halaldi   Burada bir sehv, Bir səhvdə burada. Nəysə mən səhv tapmaqdan yoruldum. Birazda özünüz baxın. Özünə Milli Əyləncə Portalı adı verən bu Blog Milli Azəri dilini bilmir.

Fevral 12, 2008 12:45 tarixində, BirBlogYazarı tərəfindən, Bildiklərimiz bölməsində yazılib       Şərhlər(1)      Baxış sayı:192

Sözün düzü mənə də çox maraqlı gəlirdi görəsən yer üzündə neçə dənə sayt var. Bugun tapdığım bu sayt-da belə bir məlumat varki 1995-ci ildən 2007-ci ilə qədər yer üzündə  155,583,825  ədəd host və domain alınıb.


Fevral 7, 2008 11:25 tarixində, BirBlogYazarı tərəfindən, Karukaturalar bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:234


Fevral 7, 2008 1:04 tarixində, BirBlogYazarı tərəfindən, Havadan Sudan bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:215

Görəsən heç nə düşünmədən yediklərimiz dilə gəlsəydi necə olardı?

Xəbərin davamında daha 3 şəkil var...

Davamı...

  Yazılar cəmi: 167    Sonrakı səhifə »