
Sözün düzü mənə də çox maraqlı gəlirdi görəsən yer üzündə neçə dənə sayt var. Bugun tapdığım bu sayt-da belə bir məlumat varki 1995-ci ildən 2007-ci ilə qədər yer üzündə 155,583,825 ədəd host və domain alınıb.

Sözün düzü mənə də çox maraqlı gəlirdi görəsən yer üzündə neçə dənə sayt var. Bugun tapdığım bu sayt-da belə bir məlumat varki 1995-ci ildən 2007-ci ilə qədər yer üzündə 155,583,825 ədəd host və domain alınıb.
Belə maraqlı USB-ləri istehsal etməkdə görəsən nə məqsəd güdürlər?
Xəbərin ardında 30 ədəd maraqlı USB şəkilləri var.


Bu saytda dunyadakı bütün saytlar arxivlənir. Hər il dəyişək saytlar burada dəyişmir. Saytın adını yazırsan il yazırsan və sayt həmin il necə dizayna malik olub sənə görsədir. Məsələn mən google.com-un 1998-cu ildə necə dizayn-da olduğunu açdım. Sən demə indi dünya internetinə ağalıq edən Google 1998-cu ildə belə imiş. Gör hardan hara gəlib ee.. Sizdə saytların keçmişinə baxmaq istəyirsinizsə buraya tıklayın
Yeni fəaliyyətə başlamış olan http://utancdivari.azeriblog.com adlı blogda hər kəs öz şikayətini sərbəst yayımlaya biləcək. Beləki yazılarınızın kopyalanıb başqa saytlarda yayımlandığını düşünürsünüzsə onda həmin saytı şikayət edə bilərsiniz. Ondan sonra həmin sayt oğru adı alacaq. İnanıramki bir daha ele bir səhvə yol verməz. Bu yazını oxuyanlardan xahiş; http://utancdivari.azeriblog.com -a blogunuzda keçid verin. Əyər oğurluq etmirsinizsə. Və burdə bu blog barədə xəbər yazsanız heçdə pis olmaz. Bu şəkilə yaxşı yaxşı baxın nə görürsünüz?

Tapa bilmədinizsə deyim.... Şəkilə gözünüzü qısaraq baxın. Sklet görəcəksiniz.
Hamımız Kurtlar Vadisi Pusu teleseriyalını yeqinki izləyirik. Artıq neçənci dəfədirki Polat Alemdar ölümün içindən dönür. Terminatoru keçibdi day bu Polat Alemdar. Sonuncu seriyada isə düşməni Vural ilə 10-cu mərtəbədən yerə düşdü. Görəsən burdanda sağ qurtulaacaq. Bugun qazetinin film yazarı tərəfindən bunun davamına 7 ədəd senriya yazılıb görəsən hansı baş verəcək. Maraqla 4-cü günü gözləyirik. Senaryoları görmək üçün buraya tıkla
Show tv-də hamının maraqla izlədiyi Varmısın Yokmusun yarışmasının aparıcısı Acun Ilıcalıya Star tv-dən 5 milyon dollar təklif edildi transferi üçün. Ama usta aparıcı Acun bəy bu təklifə YOX dedi. Və yayın həyatını Show tv-də davam etdirəcəyini açıqladı. Bu arada sğzü gedən yarışmanın Show tv ilə qısa sürəli bir müqaviləsi var. Müqavilənin uzadılması üçün Acun bəy Show tv ilə masaya oturacağını açıqladı. Yarışma isə Show tv-yə həftədə 1 milyon dollar qazandırırmış.
Hamı bilirki internetin 3 dənə day-dayı var Google, Yahoo, Micrasoft. Bunlardan isə ən cavanı Google sayılır. Və buynuz qulağı keçdi məsəli adamın yadına düşür burada. Hələ Micrasoft-la Yahoo rəqabət aparanda Google-nin bünövrəsi qoyulmamışdı. Ama bu gün hal-hazırda ən məhşur Google sayılır. Micrasoft isə Google-ni vurmaq yolları axtarırdı indiyə kimi və bu günlərdə Micrasoft Yahoo-nu almaq üçün rekord təklif irəli sürdü. Görək Yahoo bunu qəbul edəcəkmi? Xəbəri tam oxumaq üçün buraya tıkla......

Axırki AzNet-də yeni yəni (bura sizin reklam yeriniz, zengimcell kodlarından, ordan-burdan kopyalanıb yapışdırılmayan) bir Blog daha açıldı. Gurbanov.net. Nurlan qaqa gündəlik internetdə qabağına çıxan maraqlı xəbərləri cəmiyyətlə paylaşmaq istəyir. Day maraqlı bir xəbər qabağına çıxanda demir ee AY MİLLƏT BOMBA BİR SEY ÖYRƏNMİŞƏM SİZDƏ ÖYRƏNMƏK İSTƏYİRSİNİZSƏ 2 MANATLIQ SİMKART ŞİFRƏSİ GÖNDƏR MESAJLA SƏNƏ DƏ DEYİM. Bir söznən simic deyil nə öyrənirsə cəmiyyət ilə bizlərlə paylaşmaq istəyir. Nə deyirik Blog həyatında uğurlar arzulayırıq sənə ay Nurlan Blogun xeyirli olsun. 