Fevral 14, 2008 10:59 tarixində, BirBlogYazarı tərəfindən,
Havadan Sudan bölməsində yazılib
Şərhlər(0)
Baxış sayı:113

Yeganə bayramdı ki, Azərbaycanda ildə iki dəfə keçirilir. 30 iyun (Milli Sevgililər günü) 14 fevral (Valentin günü) Bunun nə mənası olduğunu mən hələ başa düşməmişəm. Bu Valentini isə heç tanımıram. Tanımaqda istəmirəm. Kişidi yoxsa qadındı heç onu da bilmirəm, savadsızlığımdan deyil e, sadəcə olaraq ona ayırdığım vaxta heyifim gəlirki mən həyatımın neçə dəqiqəsinisə ayırıb onun həyatını öyrənməyə çalışacam. Onun yerinə çox şey öyrənə bilərəm. Məsələn Azərbaycanı bu günə niyə qoyublarki, bu millət çaşıb bir bayramı ildə iki dəfə keçirir. Amma onu da qeyd edimki Milli Sevgililər Günün-də (30 iyun) Heç kim bu başlığı blogundakı yazıya qoymuyacaq. Sizi əmin edə bilərəm. İndi isə bayramınızı qeyd edin. Heç olmasa elə möhkəm sevinki sonra peşman olmuyasınız ki, mən axı sevgilimə ildə iki dəfə bayram keçirirdim, niyə məni aldatdı? Sevmək ildə iki dəfə bayram keçirib ona hədiyyə almaq deyil e bir ömür boyu yanında olmaqdır. Bura da da belə bir sual qoyuram.Ay bu Bayramı keçirən sevgililər Valentine kim olub? Heç olmasa tanıyırsınız? Niyə onun bayramını keçirirlər Leyli Məcnunun, Əsli Kərəmin, Bayramını keçirmirlər? Deyə bilərsiniz?Onda şərhlərdə deyin.
