Aznet-də belə bir sayt var, www.firststeps.az İndi nə dərəcədə bilikli savadlı insanlar tərəfindən idarə edilir bilmirəm, tanışlığım yoxdu. Amma indi yazacaqlarımı gözlərinizlə görün ondan sonra özünüz qiymət verin bu inkişafda olan sayta. Deməli saytda bir bölmə var Online Serifikatlaşdırma bölməsi. O bölməyə daxil olandan sonra sənə 20 dənə sual verir. Deyim necə sual? O sulları hardasa internetdən bir həftə kurs almış uşağa versən hamısını dəqiq cavablandıracaq. Heçnə suallara düzgün cavab versən sənə Sertifikat verəcək.. Özüdə 10 manata. Sualları cavablandır 10 manatını ver sertifikatını al. Sən artıq mütəxəssissən. Sən öl halaldı. Onda deyəsən hamı mütəxəssis olacaq.
Saytın müqaviləsinin şərtlərinə baxın. Mərkəzə gələrkən öz İD nömrənizi (qeydiyyatdan keçərkən hər bir istifadəçiyə verilir bu) Əgər İD nömrəniz yadınızdan çıxıbsa sistemə daxil olduqda ilk səhifədə yazılacaq bu, şəxsiyyətinizi təsdiq edən sənəd (passport, kimlik, sürücülük vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və 10 AZN pul özünüzlə gətirin.
Yəni sənin savadın heç kimə lazım deyil, 10 manatını gətir sənə savad sertifikatı verək. Nə deyək uğurlar sizə.

Kimsə yaradıcı olmaq istəyib amma alınmayıb.
ps: bu kodu yığışdırmaq olmur ?
Fevral 17, 2008 0:45